Türkiyədə orta məktəbdə kütləvi zəhərlənmə olub


  • 26 Fevral 14:33

Türkiyənin Kırıkkale şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin Balışey rayonunda yerləşən şagird və müəllimlərin günorta yeməyindən sonra halı pisləşib.

Məktəbə dərhal təcili yardım çağırılıb.

28 şagird və 1 müəllim qida zəhərlənməsi diaqnozu ilə xəstəxanalara aparılıb.

Onları səhhətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər