- 19:54
Türkiyənin İstanbul şəhərində məktəbin həyətinə it hücum edib.
E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Ümraniye adlı səmtində yerləşən orta məktəbin həyətinə girən it ətrafdakı insanlara hücum edib.
Hadisə nəticəsində 5 şagird, 1 müəllim olmaqla 6 nəfər xəsarət alıb.
Məktəbə təcili yardım, polis və bələdiyyə işçiləri cəlb edilib.
Hadisə ilə bağlı itin sahibi saxlanılıb.
Şəbnəm Mehdizadə