- 19:54
Malayziya Hava Yollarına məxsus "MH370" təyyarəsinin yenidən axtarış işlərinə başlanılıb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, 11 il əvvəl Malayziyadan havaya qalxan və itkin düşən təyyarənin qalıqlarının tapılması üçün yenidən axtarış verilib.
Bu məqsədlə robotlarla okean və dəniz dibindən məlumat toplayan "Ocean Infinity" şirkətinə məxsus Armada 7806 gəmisi Avstraliyanın Pert sahillərindən təxminən 1000 kilometr aralıda lövbər salıb.
Təyyarənin qalıqları tapılarsa, şirkətə təxminən 70 milyon dollar ödənəcəyi gözlənilir.
Qeyd edək ki, Malayziya Hava Yollarına məxsus MH370 reysi 8 mart 2014-cü ildə Malayziyanın Kuala Lumpur Beynəlxalq Hava Limanından Çinin paytaxtı Pekinə uçmaq üçün havaya qalxıb. Təyyarə ilə son əlaqə havaya qalxdıqdan 38 dəqiqə sonra olub. Sözügedən təyyarədə 227 sənişin, 12 ekipaj üzvü olub.
Şəbnəm Mehdizadə