- 19:54
“2024 YR4” adlı asteroidin 2032-ci ilə qədər Yerlə toqquşma ehtimalı 3,1 faizdən 0,004 faizə enib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Aeronavtika və Kosmik Agentliyi (NASA) bu barədə məlumat yayıb.
Daha əvvəl yayılan məlumata görə, həmin asteroidin 7 il ərzində Yerlə toqquşma ehtimalının 3,1 faizə yüksəldiyi bildirilmişdi.
Lakin yeni məlumatda asteroidin Yerə dəymə ehtimalının 0,004 faizə qədər azaldığı qeyd olunub.
Həmçinin asteroidin Aya dəymə ehtimalının 1,7 faiz olduğu vurğulanıb.
Şəbnəm Mehdizadə