- 19:54
Türkiyənin Şanlıurfa şəhərində təkrar emal müəssisəsində güclü yanğın baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Eyyübiye rayonunda yerləşən müəssisədə naməlum səbədən yanğın başlayıb.
Hadisə yerinə çox sayda yanğınsöndürən, polis və təcili yardım qrupları cəlb edilib.
Bir müddət sonra alovun qarşısı alınıb.
Yanğın nəticəsində xəsarət alan olmayıb. Fabrikə ciddi ziyan dəyib.
Hadisənin təfərrüatı araşdırılır.
Şəbnəm Mehdizadə