- 19:54
Türkiyənin Ankara şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 14 nəfər barəsində həbs qərarı çıxarılıb.
Şübhəlilərin şəhər telefonları vasitəsi ilə təşkilatın məsul şəxsləri ilə əlaqə saxladığı məlum olub.
Şübhəlilərin tutulması üçün mərkəzi Ankara olmaqla 4 əyalətdə axtarış tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə