- 19:54
Efiopiya və Keniyalı balıqçılar arasında baş verən silahlı qarşıdurmada 13 nəfər ölüb, 3 nəfər yaralanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, iki ölkənin sərhəddindəki Omo çayı yaxınlığında yerləşən Lopeymukat və Natira bölgələrində efiopiyalı və keniyalı balıqçılar arasında silahlı münaqişə baş verib.
Hadisə zamanı 22 keniyalı balıqç itkin düşüb.
Keniyanın Turkana qubernatoru Jeremiah Lomorukai qarşıdurmaların ötən şənbə axşamdan başladığını və 15 balıqçı qayığının oğurlandığını bildirib. Lomorukai Efiopiyadan olan 6 balıqçının xilas edilərək geri göndərildiyini açıqlayıb.
Keniyanın daxili işlər naziri Kipçumba Murkomen bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini və iki tərəf arasında sülhün bərqərar olması üçün səy göstərdiklərini söyləyib.
Şəbnəm Mehdizadə