- 19:54
Fransada oğrular lotereyadan cekpot qazanıb.
E-huquq.az xarici mətbuatına istinadən xəbər verir ki, hadisə Fransanın Tuluza şəhərində baş verib.
Çantası ilə birgə oğurlanmış debet kartını ləğv etmək istəyən bir şəxs həmin kartdan mağazalardan birində istifadə edildiyini anlayıb.
Məlum olub ki, iki evsiz kişi oğurlanmış kartla lotereya biletləri alıb və böyük uduşu qazanıb.
Kart sahibi oğurluğa görə polisə şikayət edib.
Lakin o oğruların təslim olarcağı və pulu bölüşəcəkləri təqdirdə şikayətini geri götürəcəyini bildirib.
Kart sahibinin vəkili oğrulardan onunla əlaqə saxlamağı xahiş edib. Vəkil əlavə edib ki, hökumət bu qazancı qeyri-qanuni gəlir sayaraq müsadirə edə bilər.
Şəbnəm Mehdizadə