- 19:54
İraq və Suriyanın şimalında 6 terrorçu zərərsizləşdirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, İraqın şimalındakı "Pənçə-Kilit" əməliyyatı bölgəsində və Kendil bölgəsində müəyyən edilən 5 PKK terrorçusu, Suriyanın şimalındakı "Barış Pınarı" bölgəsində müəyyən edilən 1 PKK/YPG terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən məhv edilib.
"Terror yuvalarını məhv etməyə davam edəcəyik", - deyə məlumatda bildirilib.
Humay Eminqızı