Bunlar Alzheimer xəstəliyinin ilkin əlamətləri sayıla bilər


  • 13:10

Tənəffüs sistemlərində və beyin fəaliyyətində müəyyən pozulmalar Alzheimer xəstəliyinin ilkin əlaməti ola bilər.

E-huquq.az xarici mətbuata əsasən xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya və Sloveniya alimləri yeni araşdırmada yer alır.

Araşdırma zamanı Alzheimer xəstəliyini aşkar etmək üçün beynin oksigenləşməsini və tənəffüs nümunələri təhlil edilib.
Araşdırmanın nəticələrinə görə beyin-qan axını koordinasiyasının pozulması və tənəffüs sürətinin artması erkən xəbərdarlıq əlamətləri ola bilər.

Mütəxəssislər deyirlər ki, bu, xəstəliyin aşkarlanma üsulunu daha tezləşdirir və xəstəliyin müalicəsində mühüm rol oynaya bilər.

Tədqiatçılar Alzheimer xəstələrinin beyinlərindəki qan damarlarında oksigen səviyyəsinin dəyişdiyini və beyin fəaliyyətinin pozulduğunu müşahidə edib. Həmin xəstələrin digər şəxslərə nisbətən daha yüksək tənəffüs sürətinə sahib olduğu da müəyyən edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər