Cənubi Koreyada körpü uçub, 3 ölü, 7 yaralı var


  • 11:37

Cənubi Koreyada magistral yol tikintisi zamanı körpü çöküb.

E-hüquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerli vaxtla 09.50 də Cənubi Koreyanın Cheonan şəhərinin yaxınlarında baş verib.

Körpünün çökməsi nəticəsində 3 nəfər ölüb 7 nəfər yaralanıb.

Çökmə kran körpünün dayaqlarının arasına lövhələri birləşdirmək üçün yerləşdirərkən baş verib.

Qəzanın dəqiq səbəblərin araşdırılır.

Humay Eminqızı

Oxşar xəbərlər