Sabah bu ərazilərdə məktəblər bağlanacaq


  • 24 Fevral 18:19

Sabah Türkiyənin bəzi yerlərində tədris prosesinə fasilə veriləcək.

E-hüquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Samsun şəhərində güclü qar səbəbindən məktəblər 1 günlük bağlanacaq.

Şəhər valisi Orhan Tavlı bu barədə yazılı açıqlamasında deyib ki, fevralın 25-də məktəblər bağlı olacaq.

Eyni zamanda, dövlət müəssisələrində işləyən hamilə qadınlar, əlillər, övladları uşaq bağçasına gedən analar da 1 günlük məzuniyyətə çıxmış hesab ediləcəklər.

Humay Eminqızı

Oxşar xəbərlər