Dəməşqdə kütləvi məzarlıq tapıldı


  • 24 Fevral 18:06

Suriyanın paytaxtı Dəməşqin Sibeyne bölgəsində kütləvi məzarlıq aşkarlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, məzarlıqda 20 nəfərin qalıqları müəyyən edilib.

Suriya Mülki Müdafiə qruplarının rəsmisi Ammar Salmo bildirib ki, bu say 50-yə yüksələ bilər.

O, cəsədlərin təkərlərlə yandırıldığını, bəzi sümük qalıqlarında güllə izlərinin olduğunu və uşaqlara aid sümüklərin də tapıldığını açıqlayıb.

Suriyada hələ də üstü açılmayan çoxlu kütləvi məzarlıqların olduğu edilir. Kütləvi məzarlıqlarda tapılan meyitlərin şəxsiyyətini müəyyənləşdirmək və itkin düşənlərin taleyini üzə çıxarmaq hədəflənib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər