- 24 Fevral 23:43
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen mart ayında Ukraynaya 3,5 milyard avroluq yeni ödəniş ediləcəyini bildirib.
E-hüquq.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümü ilə əlaqədar Kiyevdə keçirilən Ukraynaya dəstək üçün beynəlxalq sammitdə bildirib.
Avropanın azad və suveren Ukraynaya inandığını vurğulayan Lyayen "Ukraynadakı müharibə Avropanın gələcəyi üçün ən mərkəzi və mühüm böhran olaraq qalır" deyib.
O, təkcə Ukraynanın deyil, Avropanın da taleyinin təhlükə altında olduğunu və onların birinci prioritetlərinin Ukraynanın müqavimətini gücləndirmək olduğunu vurğulayıb.
Ursula fon der Lyayen qeyd edib ki, Ukraynanın suverenliyinə sərmayə qoymaq gələcək müharibələrin qarşısının alınmasına sərmayədir və Aİ-nin Ukraynaya dəstəyini davam etdirərək mart ayında 3,5 milyard avroluq yeni ödənişin ediləcəyini açıqlayıb.
Ukraynanın enerji təhlükəsizliyi ilə bağlı bir sıra hazırlıqlara diqqət çəkən Ursula fon der Lyayen, "Gələn ilin sonuna qədər Ukrayna və Moldovanın elektrik bazarlarını elektrik bazarımızla tam inteqrasiya edəcəyik" deyib.
O ədalətli və davamlı sülhün yalnız güclə əldə edilə bilinəcəyini bildirib.
Humay Eminqızı