- 24 Fevral 23:43
İtaliyanın Siciliya adasındakı Etna vulkanında yenidən lava axını baş verib.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumat yayıb.
Təxminən 3 min 300 metr yüksəklikdə olan vulkanın "Bocca Nuova (Yeni Ağız)" adlı kraterinin cənub yamacında əmələ gələn çatdan başlayan lava axını dünən yenidən təkrarlanıb.
İnstitutun məlumatına əsasən, vulkanda lava axını ilə yanaşı, zəif kül püskürmə də baş verib.
Qeyd edək ki, fevralın 8-dən etibarən vulkanda lava axını, kül və lava püskürməsi kimi vulkanik fəaliyyətlər müşahidə edilir. Avropanın ən yüksək aktiv vulkanı olan Etna dağında . 2024-cü ilin yay aylarında da şiddətli kül və lava püskürməsi kimi vulkanik fəaliyyətlər qeydə alınıb.
Şəbnəm Mehdizadə