- 24 Fevral 23:43
Rusiyanın Fransanın Marsel şəhərindəki baş konsulluğuna molotof kokteyli atılıb.
E-hUquq.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış Rusiyanın Marsilya Başkonsulluğunun Stanislav Oranskiy, diplomatik nümayəndəliyin yerləşdiyi ərazidə baş verib.
Yerli media hadisə ilə bağlı dəqiq məlumat verməsə də, Rusiya xəbər agentlikləri və rəsmiləri mövzu ilə bağlı açıqlamalar verib. Açıqlamalara görə, konsulluq binasına iki molotof kokteyli atılıb.
Rusiya Xarici İşlər Nazirliyi partlayışın terror aktı kimi qiymətləndirildiyini bildirib və Fransa hakimiyyət orqanlarından tam araşdırma tələb edib.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Partlayışın detalları araşdırılır.
Humay Eminqızı