Maşınlara qartopu atan uşaqları silahla hədələdi


  • 24 Fevral 15:42

Türkiyənin İstanbul şəhərinin Eyüpsultan rayonunda uşaqların maşınlara qartopu atmasına əsəbləşib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtomobildən düşən H.İ. adlı sürücü silahını çıxararaq uşaqları və onların valideynlərini hədələyib.

Ətrafdakı insanların hadisəyə müdaxiləsindən sonra həmin şəxs oradan uzaqlaşıb.

Şikayət əsasında hərəkətə keçən polis şübhəli şəxsi evində yaxalayıb.

Sənədsiz silah istifadə etdiyi müəyyən edilən həmin şəxs həbs olunub.

Humay Eminqızı

Oxşar xəbərlər