Türkiyədə narkotik vasitənin təsiri altında maşın sürən vəkil qəza törətdi - FOTO


  • 24 Fevral 15:28

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda narkotik qəbul etdikdən sonra avtomobilində huşunu itirən sürücü polisin onu oyatmağa çalışdığını gördükdə qorxudan avtomobili hərəkətə gətirib. Sürəti artıran şəxs qəza törədib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin qapını açmaq xəbərdarlığına məhəl qoymayan sürücü maşını yolun kənarındakı zibil qablarına çırpıb. Daha sonra hasardan keçərək yolun kənarında dayanmış avtomobili vurub, təxminən 3 metr hündürlükdən bağçaya düşüb və oradan da birinci mərtəbədəki evin mətbəxinə çırpılıb.

Yaralanan sürücü Manavgat Dövlət Xəstəxanasına aparılıb.

Onun Alanya Vəkillər Kollegiyasının üzvü olduğu məlum olub.

Vəkil narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi üçün 47 min 842 Türkiyə lirəsi məbləğində cərimələnib. Eyni zamanda 5 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Bundan əlavə, onun barəsində cinayət işi başlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər