- 24 Fevral 23:43
Türkiyənin Mardin şəhərində silahlı insident baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Mardinin Artuklu rayonunda elçilik mərasimində tərəflər arasında başlayan mübahisə silahlı insidentə çevrilib.
İnsident zamanı 10 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili yardım qrupları cəlb edilib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Onlardan 3-nün həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən şəxslərin axtarışları davam edir.
Şəbnəm Mehdizadə