Brüsseldə silahlı hücum olub


  • 24 Fevral 13:43

Belçikanın paytaxtı Brüsselidə növbəti dəfə silahlı hücum olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Brüssel Prokurorluğu məlumat yayıb.

Məlumata görə, şəhərin Anderlext rayonunda bir obyektə silahlı hücum olub.

Hücum edənlər avtomobillə hadisə yerindən qaçıb.

Hücum zamanı xəsarət alan olmayıb.

Atışmadan bir müddət sonra Neerpede səmtində sözügedən avtomobil yanmış vəziyyətdə tapılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Qeyd edəki, bu, fevral ayında eyni bölgədə həyata keçirilən 5-ci silahlı hücumdur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər