- 24 Fevral 23:43
İngiltərədə xəstəlikdən əziyyət çəkən qadının başına qəribə hadisə gəlib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə yaşayan bir qadın 2008-ci ildə "narahat ayaq sindromu" səbəbiylə həkimə müraciət edib. Həkimin yazdığı dərmanlara görə virtual oyun və qumar aludəçisi olduğunu iddia edən qadın məhkəməyə müraciət edib.
Məhkəmədə Britaniya Milli Səhiyyə Xidmətindən (NHS) təqsirli bilinib. Hakim belə nəticəyə gəlib ki, həkimlər qadına qəbul etməsi üçün normaldan iki dəfə çox dozada dərman yazıb.
Həmçinin dərmanın əks təsirləri barədə qadıına məlumat verilməyib.
Məhkəmənin qərarına əsasən qadına 170 min funt sterlinq təzminat verilib.
Şəbnəm Mehdizadə