- 24 Fevral 23:43
Cənubi Koreyada 179 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının baş verdiyi Muan Beynəlxalq Hava Limanında bəzi uçuşlar bərpa edilib.
E-huquq.az @Yonhap”a istinadən xəbər verir ki, aviasiya rəhbərliyi dünəndən etibarən Muan Beynəlxalq Hava Limanında uçuşların bərpasına icazə verib.
Bu çərçivədə hava limanında tibb və təhsil məqsədli bəzi uçuşlar 56 gündən sonra yenidən bərpa edilib.
Qeyd edək ki, sözügedən hava limanında kommersiya uçuşları təhlükəsizlik yoxlamaları və təkmilləşdirmələr üçün aprelin 18-dək təxirə salınıb.
Qeyd edək ki, dekabrın 29-da “Jeju Air” aviaşirkətinin sərnişin təyyarəsinin Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi zamanı uçuş zolağından çıxaraq beton hasara çırpılması nəticəsində 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirib.
Şəbnəm Mehdizadə