- 24 Fevral 23:43
Türkiyənin Aydın şəhərində kağız fabrikində güclü yanğın hadisəsi baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Söke adlı rayonunda yerləşən fabrikdə naməlum səbəbdən yanğın başlayıb.
Bölgəyə çoxlu sayda yanğınsöndürən cəlb edilib.
Küləyin təsiri ilə güclənən yanğın bütün gecə davam edib.
Səhər saatlarında qruplar yanğının qarşısını ala bilib.
Xoşbəxtlikdən yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.
Hadisənin təfərrüatı araşdırılır.
Şəbnəm Mehdizadə