Türkiyə ordusu İraq və Suriyada terrorçuları zərərsizləşdirdi


  • 14:47

Türkiyə ordusu İraqın şimalında 2, Suriyanın şimalında isə 6 PKK/YPG terrorçusunun zərərsizləşdirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib.

"Hədəfimiz terrorçuların olduğu yerdədir. Silahlı Qüvvələrimiz İraqın şimalında müəyyən etdiyi 2 PKK terrorçusunu, Suriyanın şimalında isə müəyyən etdiyi 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Terrorçuların məhv edilməsi üçün sürətli və davamlı əməliyyatlara davam edəcəyik", - paylaşımda qeyd olunub.

Oxşar xəbərlər

  • 22 Fevral 22:04
Lavrov İrana gedəcək