Rusiyanın Kiyevə PUA hücumu zamanı bir nəfər öldü


  • 11:39

Rusiya Silahlı Qüvvələri gecə saatlarında Kiyev və Ukraynanın digər bölgələrinə raket və dron hücumları həyata keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, Krivoy Roqa edilən hücumlar zamanı bir kişi həyatını itirib, 30 yaşlı qadın isə ağır yaralanıb. Həmçinin infrastruktur obyektlərinə ziyan dəyib.

Odessaya edilən hücumlar nəticəsində isə bir yaşayış evi yanıb və üç nəfər yaralanıb.

Ukrayna hava qüvvələrinin məlumatına görə, hava həyəcanı siqnalları altı saata yaxın davam edib.

Oxşar xəbərlər

  • 22 Fevral 22:04
Lavrov İrana gedəcək