- 12:15
Türkiyənin Ərzurum şəhərində 4.4 bal gücündə zəlzələ olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 15:27-dƏ, yerin 6,94 kilometr dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə