Qara dənizdə tanker yük gəmisi ilə toqquşub


  • 21 Fevral 15:47

Rusiyanın Novorossiysk dəniz limanında tankerlə yük gəmisi toqquşub.

E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Qara dənizdə qarlı havada “Natiq Əliyev” tankeri “Begonia S” yük gəmisi ilə toqquşub.

Bölgənin fövqəladə hallar xidmətinin verdiyi məlumata görə, gəmilərdən birinə ziyan dəyib.

Toqquşma nəticəsində xəsarət alan olmayıb.

Humay Eminqızı

Oxşar xəbərlər