- 12:15
İraq və Suriyanın şimalında 17 terrorçu zərərsizləşdirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Suriyanın şimalındakı "Fərat Qalxanı" əməliyyatı bölgəsində 8 PKK/YPG, İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində isə 9 PKK terrorçusu məhv edilib.
"Son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək", - naziriliyin məlumatında qeyd olunub.
Şəbnəm Mehdizadə