Türkiyədə FETÖ-yə qarşı əməliyyatda 300-dən çox şəxs saxlanıldı


  • 21 Fevral 14:42

Türkiyənin 31 əyalətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, restoranlar şəbəkəsi vasitəsi ilə təşkilata maliyə dəstəyi göstərməkdə şübhəlli bilinən bir qrup şəxsə qarşı “Kıskaç-40” əməliyyatı keçirilib.

Əməliyyatlar zamanı 353 nəfər saxlanılıb.

"Terror təşkilatlarına və onların maliyyə imkanlarına qarşı mübarizəmizi qətiyyətlə davam etdiririk", - deyə nazir əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər