İstanbulda yağan güclü qar ictimai nəqliyyatı iflic edib


  • 21 Fevral 13:11

Türkiyənin İstanbul şəhərində bir neçə gündür yağan güclü qar bir sıra fəsadlar törədib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, şəhərin əksər yolları buz bağlayıb.

İşə getmək istəyən bəzi vətəndaşlar yolda qalıb.

Mənzi başına çata bilməyən sakinlərdən bəziləri yollara duz tökülmədiyinə görə narazılıq edib.

Şaxtalı havada ictimai nəqliyyatın da fəaliyyəti çətinləşib.

Belə ki, əksər avtobusların reyslərində fasilələr yaranıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər