- 21 Fevral 18:36
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında 2 terrrorçunu zərərsizləşdirib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata əsasında PKK/KCK terror təşkilatının üzvləri "Rojda Azad” kod adlı terrorçu Zehra Sebat və “Çerav Cudi” kod adlı Serhat Erdoğanın terror aktına hazırlaşdığı müəyyən edilib.
Terrorçular İraqın Hakurk bölgəsində keçirilən əməliyyat zamanı məhv edilib.
Şəbnəm Mehdizadə