- 21 Fevral 18:36
Çin alimləri insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar ediblər.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Wuhan Virusologiya İnstitutunda virusoloq alim Şi Zhenglininin tədqiqatı Cell jurnalında dərc olunub.
Araşdırmada təqdiqatçılar yeni bir virus növü aşkar etdiklərini açıqlayıb.
Araşdırmaya görə, “HKU5-CoV-2” adlanan bu yeni virus SARS-CoV-2 ilə eyni ACE2 reseptorundan istifadə edərək insan hüceyrələrinə bağlana bilir.
Bu virusun heyvanlardan insanlara birbaşa və ya aralıq sahibləri vasitəsilə ötürülməsi riski yüksək olduğu bildirilib.
Wuhan Virusologiya İnstitutu, Quançjou Laboratoriyası və Quançjou Elmlər Akademiyası tərəfindən aparılan araşdırmalar yarasalarda tapılan bu yeni virusun zoonoz riski daşıdığını ortaya qoyub.
Bəzi elm adamları virusun təbii şəkildə yayıldığını iddia edirlər.
Şəbnəm Mehdizadə