Berlində ictimai nəqliyyat işçiləri tətil elan edib


  • 20 Fevral 17:47

Almaniyanın paytaxtı Berlində ictimai nəqliyyat işçiləri əmək haqqı və iş şəraiti ilə bağlı yaranan mübahisəyə görə 48 saatlıq tətilə başlayıblar.

E-huquq.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ölkədə avtobus, metro və tramvay səfərləri dayanıb, şəhərdə nəqliyyatın hərəkəti xeyli pozulub.

Uzun müddətdir davam edən kollektiv danışıqlar nəticəsiz qaldığı üçün həmkarlar ittifaqı ilə işəgötürənlər arasında gərginlik artıb. Tərəflər arasında əmək haqqı və iş şəraiti ilə bağlı mübahisə dərinləşdikcə, həmkarlar ittifaqı üzvləri daha sərt cavab vermək qərarına gəliblər.

Berlin Nəqliyyat Müəssisələrinin (BVG) əməkdaşları 48 saatlıq tətil çərçivəsində fevralın 21-i saat 03:00-dan etibarən tətilə başlayıblar.

Tətillə əlaqədar şəhərdə avtobus, metro və tramvay xidmətləri dayanıb.

Aksiyanın 22 fevral şənbə günü saat 03:00-da başa çatması planlaşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər