- 18:36
Son on ildə dünyada buzlaqların ərimə sürəti əhəmiyyətli dərəcədə artıb.
E-huquq.az "TRT Haber" ə istinadən xəbər verir ki, beynəlxalq tədqiqat qrupu tərəfindən aparılan araşdırmada 2012-2023-cü illər arasında buzlaqların əriməsinin 2000-2011-ci illərlə müqayisədə 36 faiz artdığı qeyd olunub.
Araşdırmaya görə, hər il orta hesabla 273 milyard ton buzəriyir.
2000-ci ildən bəri qlobal buzlaqların təxminən 5 faizi itirilib.
Bu səbəbdən dəniz səviyyəsi təxminən 2 santimetr qalxıb.
Exeter Universitetinin professoru Martin Siegertin sözlərinə görə, buz təbəqələri getdikcə daha çox kütlə itirir.
"Bunu dayandırmaq istəyiriksə, karbon qazı emissiyalarını azaltmalıyıq",- deyə professor əlavə edib.
Humay Eminqızı