- 18:36
Kanadanın baş naziri Castin Trüdo ölkəsinin və müttəfiqlərinin hər zaman Ukraynanın yanında olduğunu bildirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir bu barədə öz sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
Trüdo Vladimir Putinin beynəlxalq hüququ əxlaqsız və ədalətsiz şəkildə pozduğunu deyib.
O, qeyd edib ki, Kanada həmişə Ukraynanın yanındadır və təhülkəsizliklə bağlı vacib məsələləri müzakirə etmək üçün avropalı tərəfdaşlarla görüşməyə can atır.
Şəbnəm Mehdizadə