İstanbula yağan qar nəqliyyatın hərəkətini iflic etdi


  • 20 Fevral 14:03

Türkiyənin İstanbul şəhərində yağan güclü qar bir sıra fəsadlar törədib.

E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, qarın yağması yolların buz bağlamasına səbəb olub.

Əksər yollarda nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb, insanlar saatlarla yollarda qalıb.

Bəzi metrostansiyalarda yaşanan izdiham sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər