İki təyyarə havada toqquşub, ölənlər var


  • 20 Fevral 13:54

ABŞ-də növbəti dəfə 2 təyyarə toqquşub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) məlumat yayıb.

Məlumata görə, Cessna 172S və Lancair 360 MK II tipli təyyarə Marana Regional Hava Limanı yaxınlığında havada toqquşub.

Tucson şəhərinin şimal-qərbində yerləşən hava limanında baş verən qəzada təyyarələrdən biri sağ-salamat eniş edib, digəri isə yerə çırpılaraq alovlanıb.

Marana Polis İdarəsi qəza nəticəsində iki nəfərin öldüyünü təsdiqləyib.

Təyyarələrdə ümumilikdə 4 nəfərin olduğu qeyd edilsə də, digər iki nəfərin taleyi ilə bağlı məlumat verilməyib.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər