- 18:36
ABŞ-nin Texas ştatında zorakılığa məruz qalan 11 yaşlı qız intihar edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, azyaşlı qız dostları tərəfindən psixoloji zorakılığa məruz qalıb.
Jocelynn Rojo Carranza adlı qızın anası Marbella Carranza bildirib ki, qızı miqrasiya statusuna görə məktəb yoldaşları tərəfindən "lağa qoyulduqdan" sonra intihar edib.
O, məktəb rəhbərliyinin qızının zorakılığa məruz qaldığını bildiyini söyləyib.
Məktəb rəhbərliyinin səhlənkarlıq etdiyini deyən ana günahkarların cəzalandırılmasını tələb edib.
Şəbnəm Mehdizadə