- 18:36
Türkiyənin İstanbul şəhərində 7 mərtəbəli yaşayış binasında qüsur əmələ gəlib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Küçükçekmece adlı ərazisində yerləşən binanın mənzilllərindən birində çatlar yaranıb.
Əraziyə polis, xilasetmə və polis qrupları cəlb edilib.
Küçükçekmece Bələdiyyəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalardan sonra binada qalan vətəndaşlar təxliyyə edilib.
Binanın söküntüsü ilə bağlı qərar ətraflı müayinələrdən sonra veriləcək.
Şəbnəm Mehdizadə