- 18:36
Türkiyənin Düzce adlı bölgəsində polis əməkdaşını vuran sürücü saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, polis mühafizə məntəqəsində polisin dayan xəbərdarlığına tabe olmayan sürücü polis əməkdaşını vuraraq qaçıb.
Hadisə nəticəsində polis əməkdaşı ağır yaralanıb.
Sürücünü təqib edən qruplar onu yaxalayıb.
Yaralı polis məmuru Düzce Universiteti Tibb Fakültəsi Tədris Araşdırma və Tətbiq Xəstəxanasına aparılıb.
Onun səhhətinin ağır olduğu bildirilib.
Şəbnəm Mehdizadə