- 18:36
Türkiyənin Denizli şəhərində ağır yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Dənizlinin Pamukkale rayonunda minik maşını ilə yük maşını toqquşub.
Qəzada xəsarət alan sürücülər və yük maşınında olan iki uşaq Pamukkale Universiteti Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə