- 18:36
Türkiyənin Kastamonu şəhərində güclü qara görə məktəblər bağlanıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar Kastamonun Doğanyurt, Bozkurt, Çatalzeytin Şenpazar və Hanönü rayonlarında bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb.
Rəsmi qurumların verdiyi məlumata görə, sözügedən rayonlarda güclü qar yağıb, yollar buz bağlayıb.
Şəbnəm Mehdizadə