- 18:36
Türkiyənin İstanbul şəhərində metroda faciə baş verib.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul metrosunun Pendik stansiyasında eskalatorda qəfil nasazlıq yaranıb.
Bu zaman yaşlı qadının ayağı pilləkənlərə ilişərək yıxılıb.
Hadisə yerinə təcili yardım və polis qrupları cəlb edilib.
Yaralı qadın Mərmərə Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Onun 3 barmağı kəsilib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Şəbnəm Mehdizadə