- 20 Fevral 17:47
HƏMAS fevralın 22-də gerçəkləşəcək əsir mübadiləsi çərçivəsində üç deyil, altı israilli girovu qaytarmağa razılaşdığını açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye məlumat verib.
O bildirib ki, Həmas 4 israilli girovu cəsədini fevralın 20-də Qırmızı Xaça təhvil verəcək.
Bundan əlavə, Hayye fevralın 22-də əvvəlcədən planlaşdırıldığı kimi, sağ olan üç deyil, altı israilli girovu azad ediləcəyini bildirib.
HƏMAS-ın atəşkəsin ikinci mərhələsini həyata keçirməyə hazır olduğunu deyən Hayye, Təl-Əviv rəhbərliyinin atəşkəsin ikinci mərhələsi üçün danışıqlara başlamaqdan çəkindiyini qeyd edib.
Yerli media İsrail hökumətinin konteyner evlərin və tikinti texnikasının Qəzzaya daxil olmasına icazə vermək üçün fevralın 22-də üç israilli məhbus əvəzinə altı israilli məhbusun azad olunmasının tələb etdiyini bildirib.
Karvan və tikinti texnikasının ölkəyə girişinə icazə verməyən İsrailin HƏMAS-ın bu addımından sonra qərarını dəyişib-dəyişdirməyəcəyi hələlik məlum deyil.