- 20 Fevral 17:47
"Son 6 ayda Ukraynanın şərqində 200 mindən çox insanın evlərini tərk edib".
E-huquq.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) nümayəndəsi Filipp Leklerk məlumat verib.
Rusiya ilə Ukrayna arasında başlayan müharibədən 3 il keçdiyini xatırladan Leklerk Ukraynada müharibə nəticəsində minlərlə insanın həlak olduğunu bildirib.
"Müharibə təsvirolunmaz dağıntılara səbəb olub, ailələri parçalayıb, ciddi psixoloji travmaya səbəb olub, ölkənin iqtisadiyyatını və infrastrukturunu dağıdıb. Təkcə son 6 ayda artan hücumlar səbəbindən Ukraynanın şərqində 200 mindən çox insan evlərini tərk edib” - deyə o bildirib.
Leklerk Ukraynanın indi sülhə və yardıma ehtiyacı olduğunu da vurğulayıb.
Şəbnəm Mehdizadə