İtaliyada bəzi dövlət qurumlarının internet saytlarına kiberhücum edilib


  • 18 Fevral 17:24

İtaliyanın bəzi dövlət qurumlarının internet saytlarının hakerlərin kiberhücumlarına məruz qalıb.

E-huquq.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “NoName057” haker qrupunun həyata keçirdiyi kiberhücumlardan İtaliyanın Müəssisələr Nazirliyi, Maliyyə Polisi, Daxili İşlər və Maliyyə nazirliklərinin bəzi alt qurumlarının saytları zərər çəkib.

İtaliya prezidenti Sercio Mattarellanın Fransanın Marsel Universitetində fəxri doktorluq sertifikatı alması mərasimindəki çıxışında Ukraynanı işğal etdiyinə görə Rusiyanı nasist Almaniyası ilə müqayisə etdikdən sonra Rusiyapərəst hakerlər hərəkətə keçib.

Bəzi hava limanlarının və bankların internet saytları da həmçinin kiberhücuma məruz qalıb.

Qeyd edək ki, Mattarellanın sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sərt reaksiyasına səbəb olub və Roma ilə Moskva arasında münasibətlər gərginləşib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər