- 20 Fevral 17:47
"Rusiya və ABŞ bir-birinin maraqlarını nəzərə almaq barədə razılaşıblar".
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bunu Ər-Riyadda keçirilən danışıqlardan sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Rusiya və ABŞ arasında danışıqlar yaxşı keçdi, tərəflər bütün məsələlərlə bağlı ciddi danışıqlar apardı", - deyə o bildirib.
"Hələlik Rusiya və ABŞ-nin yaxınlaşdığını söyləmək çətindir", - deyə Uşakov əlavə edib.
Humay Eminqızı