- 20 Fevral 17:47
İraqın şimalında 2 terrorçu zərərsizləşdirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İraqın şimalındakı Gara və "Pənçə-Kilid" əməliyyatı bölgələrində 2 PKK terrorçusu zərərsizləşdirilib.
"Türk əsgərlərinin terrora və terrorçulara qarşı qəhrəmancasına mübarizəsi davam edəcək",- deyə Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Humay Eminqızı