- 20 Fevral 17:47
Türkiyənin Adana şəhərində yanacaq dolu tanker idarəetmədən çıxaraq aşıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Tarsus-Adana-Qaziantep magistral yolunda qeydə alınıb.
Qəzadan sonra tanker alovlanıb.
Tankerin sürücüsü hadisə yerindən keçən polis qrupları tərəfindən xilas edilib.
Yaralı sürücü xəstəxanaya aparılıb.
Magistral yol nəqliyyatın hərəkətinə bağlanıb və bölgədə təmizlik işləri aparılıb.
Şəbnəm Mehdizadə