Hindistanda mənzildə 300-ə yaxın evsiz pişik tapılıb


  • 18 Fevral 15:51

Hindistanın Maharaştra əyalətinin Pune şəhərində bələdiyyə işçiləri bir mənzildə təxminən 300 sahibsiz pişiyin yaşadığını aşkar ediblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bina sakinlərinin pis qoxu və qeyri-gigiyenik şəraitdən şikayət etməsindən sonra bələdiyyə qrupları hərəkətə keçib.

Bələdiyyə və polis qrupları tərəfindən aparılan araşdırmada binanın 9-cu mərtəbəsindəki mənzildə 300-ə yaxın sahibsiz pişiyin yaşadığı müəyyən edilib.

Daha sonra mənzil sahibinə 2 gün ərzində pişikləri buraxmaq və ya köçürmək barədə məlumat verilib.

Pişiklərin bələdiyyə sığınacaqlarına aparılacağı bildirilib.

Humay Eminqızı

Oxşar xəbərlər